Xəbər lenti

Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
Ekonomiks 23:38 02.04.2026

Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Aprelin 3-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi) və Xətai rayonu (kənd Əhmədli yaşayış sahəsi, M.Hadi və Neapol küçələri) üzrə qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq",- məlumatda qeyd edilib.
--> -->