Xəbər lenti

Məşhur marka Azərbaycandakı mağazalarını bağlayır?
Ekonomiks 13:58 10.09.2025

Məşhur marka Azərbaycandakı mağazalarını bağlayır?

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "DeFacto" markasına məxsus mağazaların bağlandığı iddia edilir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.

Qeyd olunur ki, hələ bir müddət öncə, şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir. 

Məlumat üçün bildirək ki, internet resurslarında "DeFacto"nun Azərbaycandakı rəsmi distribyutoru kimi "BrandMart QSC" göstərilib. "Defacto"nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir. 

Qaynarinfo iddiaları dəqiqləşdirmək üçün "DeFacto"nun Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsa da, internetdə qeyd edilən nömrələr işləməyib.

"DeFacto"nun Türkiyədə yerləşən baş ofisinə də müraciət etdik. Lakin sorğumuzu cavablandırmaqdan imtina etdilər. 

Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->