Xəbər lenti

Azərbaycanda süni yağış yağdırılacaq - Tarix açıqlandı
Ölkə 15:20 10.09.2025

Azərbaycanda süni yağış yağdırılacaq - Tarix açıqlandı

Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasından istifadə edilməsi nəzərdə tutulur.

Oxu.Az bu barədə Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Belə ki, ölkədə hazırda süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılır. Bu ilin sonunadək bu texnologiyanın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri başa çatdırılacaq.

2026-cı ildə müvafiq sahədə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.

Bu işlər başa çatdırıldıqdan sonra 2027-ci ildə Azərbaycanda süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->