Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATA Texnologiya" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 364 124,4 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATA Texnologiya" MMC 15 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşən şirkətin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
Açıq mənbələrdə Mais Əmirov haqqında məlumatlar məhduddur. Məlum olan odur ki, o, Azərbaycan İqtisad Universitetinin "Statistika” ixtisası üzrə təhsil alıb. 1997-ci ildə məzun olan Mais Əmirov 2016-cı ildən "ATA Texnologiya” MMC-yə rəhbərlik edir.
Mais Əmirov şirkətin rəhbəri olsa da, sahibi deyil. "ATA Texnologiya” MMC-nin sahibi "ATA Holdinq” MMC-dir. Yəni, "ATA Texnologiya” MMC sözügedən holdinqin törəmə şirkətidir.
"ATA Holdinq” MMC-nin isə mərhum Fazil Məmmədova məxsus olduğu sirr deyil. Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.
Seyid
Şərhlər