Sosial şəbəkələrdə "Bakı Metropoliteni"nin "Koroğlu" stansiyasından sərnişinlərin çıxarıldığına dair görüntülər yayılıb.
Trend xəbər verir ki, görüntülərdə sərnişinlərin stansiyanın çıxışında, yeraltı keçiddə hərəkət etməkdə çətinlik çəkdikləri əks olunub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitenin infrastrukturu ilə bağlı heç bir texniki problem olmayıb.
"Koroğlu" stansiyası infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur. Sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən, qatarlar saz vəziyyətdədir", - deyə o qeyd edib.
Şərhlər