Fransanın paytaxtı Parisdə yerləşən Sante həbsxanasında saxlanılan sabiq Fransa prezidenti Nikola Sarkozi digər məhbuslar tərəfindən ölüm təhdidlərinə məruz qalıb.
Qaynarinfo xəbər verir ki, məhbuslar yüksək səslə "Hər şeyi bilirik, Sarko. Qaddafini sən öldürmüsən, onun intiqamını alacağıq" deyərək ona səsləniblər. Hadisə anları isə bir məhbus tərəfindən sosial şəbəkədə canlı yayımlanıb.
Sosial mediada yayılan görüntülərdə məhbusların Sarkozinin kamerasının qarşısından keçərək ona təhqiramiz və alçaldıcı ifadələr söylədikləri görünür. Onlar "Baxın, Sarko buradadır. Yeni gəlib və çox çətin vaxt keçirəcək. Sarko, üzünü göstər bizə!” kimi ifadələr səsləndiriblər.
Kadrlar zamanı həmçinin sabiq prezidentin 2007-ci il seçki kampaniyasında o dövrün Liviya lideri Muəmmar Qaddafidən milyonlarla avro məbləğində qanunsuz maliyyə yardımı aldığına dair iddialar da xatırladılıb.
Məhbuslar, "Hər şeyi bilirik, Sarko. Qaddafini sən öldürmüsən, onun intiqamını alacağıq. Ziyad Takiyyəddindən də xəbərimiz var. Milyardlarla dolları geri ver!” deyə səslənərək ölüm təhdidlərini davam etdiriblər.
Hadisədən sonra həbsxana rəhbərliyi araşdırmaya başlayıb və üç məhbus dindirilib. İki mobil telefona əl qoyulub.
Fransa hakimiyyəti baş verənlərdən sonra sabiq prezident üçün əlavə təhlükəsizlik tədbirləri görüb. Sarkozinin kamerasının qarşısında iki silahlı polis əməkdaşı növbə çəkir, lakin onlara mobil telefon istifadə etmək qadağandır. Daxili işlər naziri Loran Nünez açıqlamasında bildirib: "Yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə mən cavabdehəm. Bu qərar cəzaevi rəhbərliyinin tədbirlərinə əlavə olaraq, cənab Sarkozinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qəbul edilib".
Sante həbsxanasının bir mühafizəçisi bildirib ki, işçilər Sarkozi üçün görülən xüsusi tədbirlərdən narazıdır: "Biz peşəkar əməkdaşlarıq, polisin yardımına ehtiyac yoxdur. Sarkozi öz kamerasında tam təhlükəsizdir - yatır, yemək yeyir, duş qəbul edir və yalnız gündə bir saat gəzintiyə çıxır".
Əslində 657 məhbus üçün nəzərdə tutulan Sante həbsxanasında hazırda iki dəfə artıq insan saxlanılır. Mühafizəçilər və məhbuslar bildirirlər ki, axşam saatlarında başlayan səs-küy və qışqırıqlar bəzən səhərə qədər davam edir. Cinayət, narkotik alveri və mütəşəkkil cinayətkarlıqdan məhkum olunmuş şəxslərin çoxluğu səbəbindən burada tez-tez zorakılıq halları baş verir.
Fransa mətbuatı 2013-cü ildə yayılan sənədlərə əsasən, Liviya lideri Muəmmar Qaddafinin 2007-ci ildə Sarkozinin seçki kampaniyasına gizli şəkildə təxminən 50 milyon avro ayırdığını iddia etmişdi. Sabiq prezident bu ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirmişdi. 2018-ci ildə Fransa məhkəmə orqanları rəsmi istintaqa başlayıb və Sarkoziyə qarşı korrupsiya, qanunsuz kampaniya maliyyələşməsi və cinayətkar birliklə əməkdaşlıq kimi ittihamlar irəli sürülüb.
14.50
Məhbus yoldaşları Fransanın məhkum edilmiş keçmiş prezidenti Nikola Sarkozi ni Sante həbsxanasında yatmağa qymurlar.
Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Məqalədə deyilir: "Fransanın etibardan düşmüş keçmiş prezidenti Nikola Sarkozi həbsxanada ilk gecəsini boyu ilə bağlı lağlağı və məhbuların qışqırıqlarına məruz qalaraq keçirdi".
Nəşrin yazdığına görə, hadisədən sonra Sarkozinin həbsxana kamerasına yanına iki polis yerləşdirilib.
Videolardan birində görünür ki, məhbuslar Avropa ölkəsinin keçmiş liderinə təhqiredici sözlər qışqırır. Videonu çəkən gülür və "Sarkonu çağırın!" və "Başını bizə göstər!" deyə qışqırır.
Jurnalistlərin məlumatına görə, Sarkozini yatmağa qoyurlar, bundan əlavə onun kamerasının pəncərəsi səs-küylü həyətə açılır.
Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasını çəkəcəyi Paris həbsxanasına yollanıb. Siyasətçi həbs olunmazdan əvvəl verdiyi son bəyanatında qeyd edib ki, məhbuslar arxasına keçmiş prezident deyil, günahsız bir şəxs salınır.
Onun vəkilləri onun Milad bayramına qədər azad ediləcəyinə əmindirlər.
Aydın
Şərhlər