Xəbər lenti

Kəmaləddin Heydərovun ortağının şirkətində yoxlama aparılacaq: Xeyli miqdarda vergi borcu da var
Ölkə 21:43 04.03.2026

Kəmaləddin Heydərovun ortağının şirkətində yoxlama aparılacaq: Xeyli miqdarda vergi borcu da var

Tanınmış iranlı iş adamı Mənuçehr Əhədpur Xangahın rəhbəri olduğu "Aztikintiyol" Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Əhədpur Xangah Mənuçehr Əli oğlu olan "Aztikintiyol" MMC-nin Dövlət Vergi Xidmətinə 265 min 267 manat vergi borcu var. 

Onu da bildirək ki, barəsində iddia qaldırılan "Aztikintiyol” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı "Yasamal rayonu, Haqverdiyev ev 21” ünvanında yerləşir.

 Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan "Gilan” holdinqlə birgə çəkilib.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən "Aztikintiyol” MMC-də planlı yoxlama aparılacaq.
 
Əhməd 
--> -->