Ötən il Azərbaycan 192,5 milyon ABŞ dolları dəyərində 172 min 864 ton pomidor ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Azərbaycan Rusiyaya 181,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8 % çox) 166 min 113 ton (+17 %), Belarusa 7,8 milyon ABŞ dolları dəyərində (+53 %) 3 min 790 ton (+60 %), Polşaya 1,4 milyon ABŞ dolları dəyərində (+71 %) 962 ton (+74 %), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 min 685 ton (+3 dəfə), Ukraynaya 281 min ABŞ dolları dəyərində (+3 dəfə) 242 ton (+2,7 dəfə) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 714 ton (+45 %) pomidor idxal edib.
Azərbaycan Türkmənistandan 673,7 min ABŞ dolları dəyərində (+45 %) 635,52 ton (-23 %), Rusiyadan 536,8 min ABŞ dolları dəyərində 536,2 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 421 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 462 ton (+2,2 dəfə), Türkiyədən 86 min ABŞ dolları dəyərində (+51 %) 80 ton (-7 %), Niderlanddan 0,5 min ABŞ dolları dəyərində 0,05 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1 min 184 ton pomidorun 70 %-i Türkmənistanın payına düşüb.
Şərhlər