Xəbər lenti

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Ölkə 16:42 04.03.2026

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı

Keçən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib:

"2025-ci ildə 11 558 nikahdankənar uşaq doğulub".

Nazir müavini bildirib ki, 2022-ci ildə bu rəqəm 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə isə 13 228 olub:

"Bu azalma dövlət orqanlarının birgə fəaliyyəti və məktəblərdə, təhsil müəssisələrində profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilir".
--> -->