Xəbər lenti

200-dən çox Azərbaycan vətəndaşı Ciddədən təxliyə edildi
Ölkə 22:43 04.03.2026

200-dən çox Azərbaycan vətəndaşı Ciddədən təxliyə edildi

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, AZAL-a məxsus "Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.
--> -->