Xəbər lenti

Kats İrana qarşı əməliyyatın detallarını açıqladı
Dünya 11:00 06.03.2026

Kats İrana qarşı əməliyyatın detallarını açıqladı

İsrailin müdafiə naziri İsrael Kats İranın ali lideri Əli Xameneinin öldürülməsinə hazırlıq planları barədə danışıb.

Qaynarinfo "Reuters"a istinadən xəbər verir ki, nazir hələ noyabrda Baş nazir Binyamin Netanyahu Xamenei rejimini aradan qaldırmağı qarşıya məqsəd qoymuşdu. Həmin vaxt İsrail Müdafiə Qüvvələri və "Mossad" ilə məsləhətləşmələrdən sonra son müddət bu ilin ortalarına təyin edildi. Bu nəticə əldə edilmiş məlumatlar və "Am Kalavi" əməliyyatının (İsrailin İrana qarşı 2025-ci ilin yayında həyata keçirdiyi əməliyyatı - red.) nəticələrinə əsaslanıb", - Kats deyib.

Onun sözlərinə görə, "Am Kalavi" əməliyyatı çərçivəsində İsrail qənaətbəxş nəticələr əldə edib, xüsusilə İranın nüvə və raket proqramını alt-üst edib. "Lakin onların bu imkanları bərpa edə bilməyəcəklərinə əmin olmaq lazım idi", - Kats izah edib.

Nazir qeyd edib ki, İsrailin Baş naziri ilə ABŞ Prezidenti arasında danışıqlar və görüşlər də keçirilib.

"Əvvəlcə bir növ dialoq, daha sonra isə İranda iğtişaşlar başladı. Lakin etirazların təzyiqi altında rejimin İsrail Dövlətinə və regiondakı ABŞ qüvvələrinə qabaqlayıcı zərbə endirə biləcəyi ilə bağlı ciddi narahatlıqlar da var idi. Onlar bizim izlədiyimiz və haqqında xəbərdar olduğumuz planlar hazırlamışdılar. Nəticədə aydın oldu ki, əməliyyatı sürətləndirmək lazımdır", - Kats sonda vurğulayıb.
--> -->