Xəbər lenti

İsmayıllıda yola dolmuş yağış sularının ötürülməsi üçün texnika cəlb edildi (FOTO/ VİDEO)
Video 21:54 25.05.2026

İsmayıllıda yola dolmuş yağış sularının ötürülməsi üçün texnika cəlb edildi (FOTO/ VİDEO)

25 may 2026-cı il tarixində İsmayıllı rayonu ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində İsmayıllı Kommunal Müəssisələri Kombinatına məxsus məişət tullantılarının idarə olunması poliqonunda yağış sularının ötürülməsi məqsədilə qazılmış arxların həddindən artıq dolması səbəbindən bəzi hissələrdə su poliqona gedən avtomobil yoluna çıxmışdır.

Qaynarinfo xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar gün ərzində operativ tədbirlər həyata keçirilmiş, xüsusi texnikalar əraziyə cəlb olunmuş, suötürücü arxlar təmizlənmiş və əlavə yeni arxlar qazılmışdır.

Hazırda ərazidə vəziyyət tam nəzarət altındadır və hər hansı problem mövcud deyil.
--> -->