ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Şimali Amerikanın ən hündür dağı Denali adının dəyişdiriləcəyinə söz verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
19-cu əsrin sonunda dağ ABŞ-ın 25-ci prezidenti Uilyam MakKinlinin şərəfinə adlandırılıb. 2015-ci ilin avqustunda o vaxtkı prezident Barak Obama dağın adını dəyişdirib. Dağ Alyaskada - Denali Milli Parkının mərkəzində yerləşir. Dağın hündürlüyü 6168 metrdir.
Trampın sözlərinə görə, MakKinli əla prezident olub. O bildirib ki, onun administrasiyası bu adı geri qaytaracaq, çünki siyasətçi buna layiqdir.
Dekabrın 22-də Tramp bildirib ki, Panama kanalı yenidən ABŞ-ın mülkiyyətinə keçə bilər. Siyasətçinin sözlərinə görə, Panama tərəfindən tutulan kanal haqqı, xüsusən də ABŞ-ın göstərdiyi səxavət nəzərə alınmaqla, sadəcə gülüncdür. Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.
Aydın
Şərhlər