Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna hərbi əsirlərinin edamına reaksiya verib və qeyd edib ki, Rusiya komandirləri bu edamlara göz yumur, bu isə beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Qaynarinfo bu barədə "Pravda"ya istinadla xəbər verir.
Son vaxtlar Rusiya qoşunları döyüş meydanında daha çox Ukrayna hərbi əsirini edam edib.
22 dekabrda yayımlanan və geolokasiya təsdiqli videoda, Rusiya qoşunlarının Donetsk və Zaporojye vilayətlərinin sərhədində, Böyük Novoselkanın cənubunda yerləşən Blahodatne qəsəbəsində beş Ukrayna hərbi əsirini edam etdiyi əks olunub.
ISW-nin qiymətləndirmələrinə görə, Rusiya komandirləri ya bu hərəkətlərə laqeyd yanaşır, ya da tabeliklərində olan şəxslərin hərbi əsirlərin edamında iştirak etməsinə şərait yaradır ki, bu da beynəlxalq hüququn açıq pozulmasıdır.
Lubinets bildirib ki, 2024-cü ildə Ukrayna döyüşçülərinin ruslar tərəfindən güllələnməsi halları əvvəlki iki ilin müharibəsi ərzindəki göstəricilərdən təxminən iki dəfə çox olub.
Alpər
Şərhlər