Xəbər lenti

Əsma Əsədin Rusiyadan çıxışına qadağa qoyulub? - Kremldən açıqlama
Dünya 14:00 23.12.2024

Əsma Əsədin Rusiyadan çıxışına qadağa qoyulub? - Kremldən açıqlama

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin Rusiyanı tərk etmək planları və səyahət qadağası ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. 

Qaynarinfo xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə deyib.

"Xeyr, bu doğru deyil", deyə o, jurnalistlərin keçmiş prezidentin həyat yoldaşının Rusiyanı tərk etmək istəməsi, lakin bunun qadağan olunması barədə mediada yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib.

Dekabrın 22-də "The Jerusalem Post" qəzeti Əsədin həyat yoldaşının Moskvadakı həyatından narazı olduğunu və boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazmışdı. Nəşrin yazdığına görə, o, Moskvanı tərk etmək üçün məhkəmədən xüsusi icazə istəyib və hakimiyyət onun ərizəsinə baxır.

Qəzet qeyd edib ki, Əsma Londona köçmək istəyir. O, ikili Britaniya və Suriya vətəndaşlığına malikdir və Londonda suriyalı valideynlər üçün doğulub böyüyüb. Əsədin həyat yoldaşı 2000-ci ildə Suriyaya köçüb və elə həmin il 25 yaşında onunla evlənib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->