Xəbər lenti

İlon Maskın neyron şəbəkəsi bu ölkə məktəblərində uşaqlara dərs deyəcək
Texnologiya 14:35 14.12.2025

İlon Maskın neyron şəbəkəsi bu ölkə məktəblərində uşaqlara dərs deyəcək

İlon Maskın "xAI” şirkəti El Salvador hökuməti ilə məktəblilər üçün "Grok” çat-botu əsasında genişmiqyaslı təhsil proqramının işə salınması barədə razılığa gəlib.

Qaynarinfo xəbər verir ki, layihənin ölkə üzrə 5000-dən çox dövlət məktəbində tətbiqi planlaşdırılır. 

Şirkət bu təşəbbüsü süni intellekt ətrafında qurulan dünyada ilk ümummilli təhsil proqramı adlandırır.

"xAI”ın açıqlamasına görə, iki il ərzində "Grok” El Salvador məktəblərində bir milyondan çox şagirdin tədrisində istifadə olunmağa başlayacaq. Məqsəd vahid şablonla işləmək əvəzinə, hər bir şagirdin tempi, səviyyəsi və maraqlarına uyğunlaşan fərdiləşdirilmiş tədris mühiti yaratmaqdır.

İlon Mask bildirib ki, "Grok”un təhsil sisteminə inteqrasiyası "qabaqcıl süni intellekti bütöv bir nəslin ixtiyarına verməyə” imkan yaradacaq və süni intellekti təkcə peşəkar böyüklər üçün deyil, erkən yaşlardan gündəlik təhsilin bir hissəsinə çevirəcək.

Eyni zamanda "xAI” nümayəndələri vurğulayıblar ki, digər dövlətlərlə də əməkdaşlığa hazırdırlar və birgə layihələrdə maraqlı olan hökumətləri birbaşa onlarla əlaqə saxlamağa dəvət ediblər.

Qeyd edək ki, daha əvvəl Cənubi Koreyada məktəblərin uşaqları süni intellekt tərəfindən yazılmış dərsliklərlə tədris edəcəyi barədə məlumat vermişdik. 2025-ci ilin əvvəlindən etibarən ingilis dili, riyaziyyat və informatika fənləri Al-dərslikləri əsasında öyrədiləcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->