Amerikalı iş adamı İlon Mask Almaniyada keçiriləcək parlament seçkilərində Almaniya üçün Almaniya Alternativ (AfD) Partiyasının böyük qələbə qazanacağına əminliyini ifadə edib.
Qaynarinfo xəbər verir ki, bundan əvvəl iş adamı "Die Welt" qəzetində məqalə dərc edərək AfD-ni ölkənin "keçmiş özünün kölgəsinə” çevrilməsinin qarşısını ala biləcək yeganə siyasi qüvvə adlandırmışdı.
"AfD epik qələbə qazanacaq!”, deyə Mask X-in sosial şəbəkədəki səhifəsində yazıb.
İlon Maskın məqaləsi dərc edildikdən sonra "Die Welt"in rəy şöbəsinin rəhbəri Eva Mari Kogel istefa məktubu yazıb. Səhiyyə naziri Karl Lauterbax da amerikalı sahibkarın mövqeyini tənqid edənləri dəstəkləyib.
Dünən, dekabrın 30-da Almaniya hökumətinin sözçüsü Kristian Hoffmann Maskın Almaniya üçün Alternativ Partiyasını dəstəkləməsini seçkinin nəticələrinə təsir etmək cəhdi adlandırıb. Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqı buraxıb və növbədənkənar seçkiləri 2025-ci il fevralın 23-nə təyin edib.
Aydın
Şərhlər