ABŞ tərəfindən Moskvaya Ukrayna ilə bağlı "aydın olmayan siqnallar” göndərilir, hazırda münaqişənin həlli məsələsində Rusiyanı maraqlandıra biləcək bir şeyin olduğunu söyləmək mümkün deyil.
Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
"Razılaşma ümumiyyətlə Trampın ən sevdiyi sözdür, bu, hamıya məlumdur. Bunun Rusiya maraqları ilə necə uyğunlaşdırılacağı hələlik aydın deyil”, - deyə o vurğulayıb.
Rusiyanın BMT-dəki nümayəndəsi əlavə edib ki, hazırda Moskva Ukrayna ilə bağlı "formalaşmamış və qeyri-müəyyən siqnallar” alır. Nebenzya deyib ki, Tramp administrasiyasının Ukraynada münaqişənin həlli ilə bağlı siqnallarında Moskvaya maraqlı görünən heç bir şey yoxdur.
Bundan əvvəl amerikalı jurnalist Cekson Hinkl ABŞ-ın yeni prezidentinin administrasiyasına Kiyevə yardımı davam etdirməklə bağlı məsələlərdə "vətəndaş müharibəsi” proqnozlaşdırmışdı.
Alpər
Şərhlər