Xəbər lenti

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib, bir nəfər saxlanıldı
Ölkə 20:27 14.03.2025

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib, bir nəfər saxlanıldı

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->