Xəbər lenti

Azərbaycanlı futbolçuların çıxış etdiyi Polşa klubu növbəti qələbəsini qazandı
İdman 23:30 14.03.2025

Azərbaycanlı futbolçuların çıxış etdiyi Polşa klubu növbəti qələbəsini qazandı

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi "Radomyak” klubu Polşa çempionatında növbəti qələbəsini qazanıb.

"Report”un məlumatına görə, XXV turda "Lexiya"ya qarşı matçda meydana start heyətində çıxan Renat Dadaşov heç nə ilə yadda qalmayaraq 86-cı dəqiqədə əvəzlənib.

Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Qarşılaşma "Radomyak"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, R.Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Onun komandası ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->