Xəbər lenti

Aİ-nin səbri daşdı: Macarıstanı səsvermə hüququndan məhrum edilə bilər
Dünya 18:52 14.03.2025

Aİ-nin səbri daşdı: Macarıstanı səsvermə hüququndan məhrum edilə bilər

Son günlərdə Budapeştin Avropa İttifaqının Rusiyaya qarşı bir sıra sanksiyalarını uzatmaqdan qəti şəkildə imtina etməsi üzv dövlətlər arasında Macarıstanın mühüm qərarlarda səsvermə hüququndan məhrum edilməsi məsələsini daha fəal müzakirə etməyə səbəb olub.  

Qaynarinfo bu barədə Eurointegration-a istinadla xəbər verir.

Nəşrin məlumatına görə, Aİ səfirləri dünən bütün günü Brüsseldə Macarıstan səfiri ilə mübahisə ediblər. O, sanksiya siyahısından rusiyalı oliqarx Mixail Fridmanın və daha yeddi nəfərin adının çıxarılmasını tələb edib. Əks halda, Budapeşt bəzi anti-Rusiya sanksiyalarının daha altı ay uzadılmasını dəstəkləməkdən imtina edəcəyi ilə hədələyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->