Amerikalı gənc milyarder Kayli Cenner indiyədək əsasən münasibətləri, gözəlliyi və əlbəttə ki, sərvəti ilə gündəmdə olub. Hələ 30 yaşına çatmadan həm məşhur, həm də çox varlı olan Kayli Cennerin adı gözlənilməz bir məsələ ilə hallanlır: Mafya və mərc qalmaqalı.
Qaynarinfo xəbər verir ki, bu qalmaqalda Cennerin keçmiş sevgilisi və iki övladının atası Trevis Skottun da adı keçir. Bu vəziyyət, hər nə qədər Kayli birbaşa hadisəyə bağlı olmasa da, anası Kris Cenneri qəzəbləndirib.
Belə ki, Kayli Cenner və keçmiş sevgilisi Trevis Skottun adları bu mafya və mərc qalmaqalında dolayısı ilə keçir. Məlum olub ki, onların münasibətlərinin ən qaynar dövründə görüşdükləri və hətta Skottun Cenneri valeh etdiyi ev sonradan hiyləgər bir poker salonuna çevrilib.
"Radar" internet saytına danışan mənbələrə görə, Kayli ilə Trevisin vaxtilə görüşdüyü həmin ev, mafiyanın böyük bir saxtakarlıq planını həyata keçirməsi üçün istifadə olunub.
Kayli Cenner-Trevis Skott
Gambino, Bonanno və Cenoveze kimi yeraltı ailələrin də daxil olduğu bəzi cinayət qrupları poker oyunlarında bəzi şəxsləri 7 milyon dollar aldadıb və bunun üçün Cenner ilə Skottın keçmiş görüş məkanından yararlanıb. İddialara görə, bu şəxslərin adı ABŞ Milli Basketbol Liqası ilə bağlı saxta mərc işi ilə də əlaqələndirilir.
Əslində Kayli Cenner ilə Trevis Skottın bu işlə birbaşa əlaqəsi yoxdur. Onların adları ittiham olunanlar arasında keçmir. Buna baxmayaraq, populyar və məşhur simalar olduqları üçün adlarının ön plana çəkilməsi onlar üçün narahatlıq yaradır.
Kris Cenner
Ailəsinin bütün üzvlərinə yol göstərən və onların sərvət qurmalarında mühüm rol oynayan anası Kris Cenner adlarının mafya ilə eyni cümlədə çəkilməsinin belə ailə markasına zərər verəcəyinə inanır. Üstəlik, məşhurluqlarını borclu olduqları televiziya proqramı əvvəlki kimi yüksək reytinqlər toplamaqdan uzaqdır. Reytinqlər getdikcə aşağı düşür.
Mənbənin sözlərinə görə, mafya ilə eyni cümlədə anılmaq Kris Cenneri özündən çıxarıb.
Aydın
Şərhlər