Xəbər lenti

Fransa indi də ABŞ-la münasibətləri pozur: Qrenlandiyaya qoşun yeritmək istəyirlər
Dünya 23:38 28.01.2025

Fransa indi də ABŞ-la münasibətləri pozur: Qrenlandiyaya qoşun yeritmək istəyirlər

Fransa xarici işlər nazirinin sözlərinə görə, ölkəsi Danimarkaya ehtiyac duyarsa, ona kömək edəcək.

Fransa ABŞ prezidenti Donald Trampın Danimarka ərazisini ilhaq etməklə bağlı dəfələrlə təhdid etdiyinə görə Danimarka ilə Qrenlandiyada öz qoşunlarını yerləşdirmək imkanları barədə danışıb. 

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Fransanın "Sud Radio” radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Fransa qoşunların yerləşdirilməsi ilə bağlı Danimarka ilə müzakirəyə başlayıb, lakin bu ideyanı həyata keçirmək Danimarkanın arzusu deyil.

"Danimarka köməyə çağırsa, Fransa orada olacaq. Avropanın sərhədləri suverendir, istər şimal, istər cənub, istər şərq, istərsə də qərbdə. Heç kimin bizim sərhədlərimizlə oynamağa gücü çatmaz", deyə Barrot hesab edir.

Fransız siyasətçi həmçinin bildirib ki, Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı onun həmkarları Kopenhagenə çox güclü dəstək ifadə ediblər və lazım gələrsə, qoşunların göndərilməsi məsələsini nəzərdən keçirməyə hazırdırlar.

Eyni zamanda Barro ABŞ-ın Qrenlandiyanı ələ keçirəcəyinə inanmadığını vurğulayıb: "Bu baş verməyəcək, heç kim Aİ ərazisinə təcavüz etmir".

"Financial Times" qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenlə telefon danışığı zamanı ondan Qrenlandiyanı təhvil verməsini tələb edib. Nəşrin mənbələrinin məlumatına görə, Danimarka baş naziri adanın satılmadığını bəyan etdikdən sonra Tramp özünü aqressiv və qarşıdurma aparıb.

Eyni zamanda Trampın özü də andiçmə mərasimindən sonra bəyan etmişdi ki, Rusiya və Çinlə mübarizə aparmaq üçün ABŞ-a Qrenlandiya lazımdır. O hesab edir ki, Danimarka bu əraziyə lazımi nəzarəti təmin edə bilmir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->