"Euronews": Bakı tarix və müasirliyin vəhdətinin nümunəsidir (VİDEO)
Bakı tarix və müasirliyin vəhdətinin nümunəsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews” telekanalının Bakı şəhəri ilə bağlı reportajında qeyd olunur.
"Bakı şəhərinin çoxmədəniyyətli xarakteri məscidlərin, sinaqoqların və kilsələrin bir-birinə yaxın yerləşməsi ilə özünü göstərir. Yaşıl sahələr və müasir dizayn isə ənənə, yenilənmə və müxtəlifliyin gündəlik həyatı formalaşdırmağa davam etdiyi bir şəhərin portretini tamamlayır”, - reportajda bildirilir.
Reportajda Bakı şəhərində qədim tarixlə çağdaş həyatın harmoniya içərisində olduğuna diqqət çəkilib.
"Euronews” komandası İçərişəhərlə tanış olub və burada tarixi abidələr barədə məlumatları izləyiciləri ilə bölüşüb: "Bakı ziddiyyətlər şəhəridir: burada qədim tarix və müasir həyat yanaşı mövcuddur. İçərişəhərin daş küçələri və Qız qalası kimi görməli yerlərdən başlayaraq, ziyarətçilər paytaxtdan kənara, neft irsinə əsaslanan bərpa, ictimai incəsənət və yaradıcı məkanlarla yenidən canlanan Balaxanı kəndinə doğru hərəkət edirlər”.
"Euronews” komandası Balaxanıdakı "Qum” hamamını, ovdan abidəsini ziyarət edib, abidələrin tarixi, istifadəsi haqqında məlumatlar bölüşülüb.
"Çələbi” qalereyasında Azərbaycanın zəngin mədəni irsi ilə tanış olan "Euronews” komandası buradakı sənət əsərlərində ənənəvi metodlarla müasir incəsənət məktəblərinin füsunkar sinergiyasından söz açıb.
"Euronews” komandası sonra məscid, kilsə və sinaqoqlar ziyarət edilib. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin tolerant mühitdə yaşadığı bildirilib və nəticədə burada dinlərin çox nadir rast gəlinən sülh şəraitində mövcudluğu vurğulanıb.
Ümumilikdə reportajda Bakı şəhərində tarixilik və innovasiyanın balanslı münasibəti ətraflı şəkildə əks etdirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər