Xəbər lenti

İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapıldı
Ölkə 11:20 31.12.2025

İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapıldı

Dekabrın 30-da itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətubat xidmətindən bildirilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
--> -->