Xəbər lenti

Samir Hümbətov mükafatlandırıldı
Ölkə 10:51 31.12.2025

Samir Hümbətov mükafatlandırıldı

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov 5 noyabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən "XXI əsr dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq konfransın təşkilində fəal iştirakına görə mükafata layiq görülüb.

Qaynarinfo xəbər verir ki, mükafat Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc tərəfindən təqdim edilib.

Qeyd edək ki, sözügedən beynəlxalq konfransda XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyaların qarşılaşdığı qlobal çağırışlar, mövcud tendensiyalar və perspektivlər müzakirə olunub.
--> -->