13:34
Milli Məclisin deputatı Etibar Əliyev növbədənkənar parlament seçkilərində işitirak üçün hələlik müraciət etməyib.
Qaynarinfo məsələni araşdırmaq üçün Etbar Əliyevin deputat seçildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə əlaqə saxlayıb. Dairədən Qaynarinfo-ya bildirdilər ki, Etibar Əliyev hələlik namizədliyini irəli sürməyib.
Xəbəri dəqiqləşdirmək üçün Etibar Əliyevin özünə də zəng etdik. Dəstəyi götürən şəxs xəstəxana əməkdaşı olduğunu bildirdi: "Mən fizoterapiya əməkdaşıyam. Etibar müəllim terapiya şöbəsində həkim müayinəsində olduğu üçün zəngə cavab verə bilmir".
14:47
Daha sonra redaksiya ilə əlaqə saxlayan Etibar bəy fizoterapiyada olduğunu bildirdi və hələlik namizədliyini irəli sürmədiyini təsdiqlədi: "Hələ bu barədə qərar verməmişəm".
Bahar Rüstəmli
Şərhlər