Tikinti maqnatı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) şirkəti "Şərur" Mənzil-Tikinti Kooperativinin (MTK) məhkəməsi başlayır.
Qaynarinfo-nun məlumatına görə, dekabrın 17-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas Yasamal Rayon Məhkəsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək.
"Şərur" MTK İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə ittiham olunur. Bu maddə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 3500 manatdan 4500 manatadək, hüquqi şəxslərin isə 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Seyid
Şərhlər