Tikinti maqnatı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 3 500 manatdan 4 500 manatadək, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilir.
"Şərur" MTK Bakıda hündürmərətəbli binaların tikintisi ilə məşğuldur.
Şirkət vaxtaşırı qalmaqallarla gündəmə gəlir. Elə İsfəndiyar Axundovun özü də qalmqallı iş adamı kimi tanınır.
Seyid
Şərhlər