Xəbər lenti

Dünyanın ən ölümcül vulkanı - 1815-ci ildə nə baş verib?
Dünya 09:52 06.01.2025

Dünyanın ən ölümcül vulkanı - 1815-ci ildə nə baş verib?

1815-ci ilin aprelində İndoneziyada yerləşən Tambora vulkanının püskürməsi dünyada misli görünməmiş fəlakətlərə səbəb olub. Bu hadisə insanlıq tarixinin dönüş anlarına əhəmiyyətli təsir göstərib.

Qaynarinfo xəbər verir ki, amerikalı bioloq Skott Travers "Forbes" üçün yazdığı məqalədə Tamboranın püskürməsi nəticəsində dünyada yaranan dəhşətli dəyişikliklərdən bəhs edib.

"Yaysız il" və iqlim dəyişikliyi

Tamboranın püskürməsi atmosferə böyük miqdarda kül və kükürd qazı atıb. Bu, iqlim şəraitinə əhəmiyyətli dərəcədə təsir edərək, 1816-cı ilin "yaysız il" kimi tarixə düşməsinə səbəb olub. Həmin il, sənədləşdirilmiş iqlim müşahidələrinin tarixində ən soyuq il kimi yadda qalıb.

Travers bildirib ki, bu vulkanik fəlakət Avropanın hava şəraitinə ciddi təsir edib. Məsələn, 1815-ci ildə baş verən Vaterloo döyüşündə Fransa imperatoru Napoleon Bonapart məğlub olub. Alimin fikrincə, həmin yay quraq keçməli olduğu halda, şiddətli yağış mövsümünə çevrilib ki, bu da tarixin gedişatını dəyişib.

Çin və Avropada aclıq

Tamboranın təsiri Çinin Yunnan əyalətində də hiss olunub. Əyalətin məhsuldar torpaqları və mülayim iqlimi düyü və digər əsas bitkilərin becərilməsi üçün ideal idi. Lakin 1815-1818-ci illərdə baş verən iqlim dəyişikliyi məhsulsuzluğa səbəb olub. Yunnan sakinləri aclıqla üzləşib, çünki şiddətli yağışlar əkin sahələrini basıb və dondurucu soyuqlar məhsulu məhv edib. Nəticədə, qida qiymətləri kəskin şəkildə yüksəlib, fermerlər isə daha sabit gəlir mənbəyi kimi tərkibində narkotik olan bitkilərin, məsələn, afyonun becərilməsinə keçiblər.

Avropada da oxşar vəziyyət yaranıb. Tamboranın kül buludları ilə bağlı iqlim anomaliyaları məhsulsuzluğa və qitə üzrə aclığa səbəb olub. Ərzaq çatışmazlığı qiymət artımına gətirib çıxarıb və xüsusilə kənd təsərrüfatı, nəqliyyat və ticarət üçün həyati əhəmiyyət daşıyan atlar bundan ciddi şəkildə təsirlənib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->