Sabah axşam İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" Super Kubok finalının başlama saatı dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Beləliklə qarşılaşma əvvəlcədən nəzərədə tutulduğu kimi, Bakı vaxtı ilə saat 21.30-da yox, 19.45-də başlayacaq. Matç saatının dəyişdirilməsi meteoroloji qiymətləndirmələr və İstanbul Valiliyinin güclü yağış və küləklə bağlı xəbərdarlıqları əsasında edilib.
Oyunu Halil Umut Meler idarə edəcək.
Aydın
Şərhlər