Xəbər lenti

5 dəqiqəyə 10 min manat: Natiq Şirinov qonorarından vergi ödəyirmi?
Maqazin 18:20 09.01.2026

5 dəqiqəyə 10 min manat: Natiq Şirinov qonorarından vergi ödəyirmi?

Xalq artisti, "Natiq Ritm Qrupu"nun rəhbəri Natiq Şirinov toy qiymətləri ilə bağlı verdiyi açıqlamaya görə sərt tənqidlərlə üzləşib. Sənətçinin qısa çıxış üçün tələb etdiyi məbləğ həm izləyicilərin, həm də vergi məsələsini gündəmə gətirənlərin hədəfinə tuş gəlib.

Natiq Şirinov qrupunun xidmət haqlarını açıqlayarkən hər kəsi şoka salacaq rəqəmlər səsləndirib. O bildirib ki, qazanılan məbləğ ifa müddətinə görə hesablanır:

• Minimum qiymət: 5 dəqiqəlik ifa üçün 10 000 AZN.
• Maksimum qiymət: Tədbirin miqyasından asılı olaraq 50 000 AZN-ə qədər.
• Qrup üzvlərinin payı: Xalq artisti ansamblın hər bir üzvünə 5 dəqiqəlik çıxış üçün 300 manat verdiyini qeyd edib.

Sosial şəbəkələrdə etiraz dalğası: "Bəs vergi?"

Bu açıqlama sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər həm sənətçini, həm də ona bu məbləği ödəyən toy sahiblərini tənqid atəşinə tutublar. Xüsusilə bir məqam daha çox müzakirə olunub: Vergi öhdəlikləri.

"5 dəqiqəyə 10 min manat qazanırsınızsa, bunun nə qədərini dövlət büdcəsinə ödəyirsiniz? Vergi orqanları niyə maraqlanmır? Özünüz milyonluq qazanclardan dəm vurursunuz, bəs vergi ödəyəndə necə olur?", deyə izləyicilər sual ünvanlayıblar.

Natiq Şirinovdan qısa reaksiya

Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı Xalq artisti ilə əlaqə saxlayıb. Lakin sənətçi məşq prosesində olduğunu bildirərək geniş açıqlama verməkdən yayınıb:

"Növbəti tədbirlə bağlı məşqimiz var, hazırda danışa bilmirəm".

Bahar Rüstəmli
--> -->