Xəbər lenti

Dövlət qurumu icra tələbini yerinə yetirməyib? - 5000 manat cərimələnə bilər
Ekonomiks 18:02 10.09.2024

Dövlət qurumu icra tələbini yerinə yetirməyib? - 5000 manat cərimələnə bilər

Əmlak Məsələləri Dövlət Xidməti cərimələnə bilər. 

Qaynarinfo-nun məlumatına görə, Xidmət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib edilib. 

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 

528.1-ci maddədə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->