Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi fiziki şəxs Əzizova Gülşən Məmmədağa qızı ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Salyan şəhər 5 saylı uşaq bağçasının binasının icarəsi nəzərdə tutulur. İcarə haqqı olaraq Gülşən Əzizovaya 12 000 manat ödəniləcək.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. İcarə müddəti haqqında açıq mənbələrdə məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, Gülşən Əzizova 5 saylı uşaq bağçasının direktorudur. Beləliklə, aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi 5 saylı bağçanın icarəsi üçün onun direktoru ilə müqavilə imzalayıb.
Seyid
Şərhlər