Xəbər lenti

Dilənçilər cərimə ediləcək: Dilənçiliyin qarşısını almaq mümkün olacaq?
Ölkə 16:32 12.03.2026

Dilənçilər cərimə ediləcək: Dilənçiliyin qarşısını almaq mümkün olacaq?

"Bu tədbirlərlə dilənçiliyin qarşısını almaq qeyri-mümkündür".

Bunu Qaynarinfo-ya hüquq müdafiəçisi Əkrəm Həsənov Azərbaycanda dilənçiliklə məşğul olanların cərimələnməsi ilə bağlı qərardan danışarkən deyib. 

O, dilənçilərin ehtiyacı olduğundan diləndiyini bildirib:

"Dilənçinin pulu yoxdur ki, dilənir. Olsa niyə dilənsin? Təyin edilən cəriməni dilənçi hansı pulla ödəyəcək? Bunu başa düşmək çətindir. Belə çıxır ki, dilənçi cəriməni dilənçiliklə qazandığı puldan ödəyəcək".
 


Əkrəm Həsənov vurğulayıb ki, dünyanın heç bir yerində dilənçiliklə bu yolla mübarizə effekt vermir.

Qeyd edək ki, Azərbaycanda dilənçiliklə məşğul olanlar cərimələnəcək. Bu qərar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq olunacaq. 

Bahar Rüstəmli
--> -->