Yeni avtobus kartlarının istifadəyə verilməsi və ödənişin məsafəyə görə hesablanması planlaşdırılır.
Qaynarinfo xəbər verir ki, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yaxın illərdə bir sıra mühüm dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər çərçivəsində 2026-2028-ci illər ərzində "Brutto" müqavilə modelinə mərhələli keçid nəzərdə tutulur.
AYNA-dan bildirilib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərinin nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbi qaz və elektrik mühərriki ilə təchiz edilən avtobuslara tətbiq ediləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər