Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri ilə gündəmə gələn Sənan Əsədzadənin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Asadzade Sanan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə ərizə ilə müraciət edib.
Buna səbəb kimi nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əsədzadə Sənan Yavər oğlunun Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun olması göstərilib.
Məhkəmənin hökmü ilə 1998-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş Sənan Əlizadənin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, ötən ilin noyabr ayında Sənan Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Müəyyən olunub ki, sahibkar xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlardan 412 min dollar alaraq mənimsəyib və bundan sonra ölkəni tərk edib.
Aydın
Şərhlər