Xəbər lenti

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib
Ekonomiks 23:20 06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 279,28 min ABŞ dolları dəyərində dondurulmuş Sakit okean qızılbalığı idxal olunub.

Valyuta.az xəbər verir ki, ölkəyə gətirilən məhsulun ümumi həcmi 50,24 ton təşkil edib.

Qızılbalığı idxalı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çili, Türkiyə və Niderlanddan həyata keçirilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 1,92 min dollar dəyərində 0,08 ton məhsul gətirilib. Bu ölkədən idxal olunan qızılbalığının 1 kiloqramı 24 dollar və ya 40,8 manata başa gəlib.

Çilidən idxal həcmi daha yüksək olub. Belə ki, bu ölkədən 39,94 ton qızılbalığı 175,74 min dollar dəyərində alınıb. 1 kiloqram üçün qiymət 4,40 dollar və ya 7,48 manat təşkil edib.

Türkiyədən 10,2 ton qızılbalığı 101,22 min dollar dəyərində idxal edilib. 1 kiloqramın orta qiyməti 9,9 dollar və ya 16,87 manat olub.

Niderlanddan gətirilən həcmlər isə minimal - 0,02 ton olub. Bu ölkədən idxal olunan məhsulun dəyəri 0,4 min dollar təşkil edib. 1 kiloqram üçün qiymət 20 dollar və ya 34 manat olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->