Azərbaycan çayı həm adı, həm də dadı ilə dünya bazarında tanınır. Bu səbəbdən ölkəmizdə istehsal olunan çay xarici ölkələrdə böyük rəğbət qazanıb.
Astara sakini Ağaməmməd Məlikov ötən il 75 ton məhsul yığdıqlarını, bu il isə daha çox məhsul gözlədiklərini bildirib.
Onun sözlərinə görə, ölkəmizdə çayın müxtəlif növləri yetişdirilir: məxməri, pürrəngi, buket və s. Xüsusilə buket çayının kiloqramı 700 manata satılır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü il ərzində Azərbaycandan 6 milyon 633 min dollar dəyərində 747 ton çay ixrac edilib. Eyni dövr ərzində ölkəyə 76 milyon 488 min dollar dəyərində 14 388 ton çay idxal edilib. Rəqəmlərdən də idxalın ixracı üstələdiyi görünür.
İqtisadçı ekspert Xalid Kərimli 2025-ci ilin ikinci rübündən başlayaraq idxalın aşağı düşəcəyini deyir. Lakin tələbatın azalması daxili bazarda qiymətə təsir etməyəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər