Xəbər lenti

Britni Spirsə ağır ittihamlar: Pop ulduzu həbsə gedir?
Maqazin 16:12 01.05.2026

Britni Spirsə ağır ittihamlar: Pop ulduzu həbsə gedir?

Amerikalı pop müğənnisi, rəqqasə və aktrisa, 2000-ci illərin əvvəllərinin ən məşhur ulduzlarından biri olan Britni Spirsə alkoqol və narkotik təsiri altında avtomobil idarə etmə ittihamı irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, "Der Spiegel" nəşrinin Ventura dairəsi prokurorluğuna istinadən yaydığı məlumata görə, müğənniyə ciddi cəza tətbiq oluna bilər.

Qeyd olunur ki, hadisə təxminən iki ay əvvəl baş verib, lakin hazırda məhkəmə prosesi başlayıb. Alkoqol və narkotik təsiri altında avtomobil idarə etdiyi üçün müvəqqəti saxlanıldıqdan sonra amerikalı pop ulduzuna rəsmi ittihamlar irəli sürülüb.

"Məlumata görə, bazar ertəsi ittihamlar məhkəmədə rəsmi şəkildə elan olunacaq. Qadağan olunmuş maddələrin sayı və növü barədə detallı məlumat açıqlanmır. Spirsin şəxsi olaraq məhkəmə iclasında iştirak etməsi tələb olunmur – daha yüngül ittihamlar üzrə onun vəkilinin iştirakı kifayət edir", deyə nəşrdə bildirilir.

"The New York Times" isə yazır ki, Spirs həbsdən yayınmaq üçün günahını etiraf etmə razılaşması imzalaya bilər:

"Qanda alkoqol səviyyəsinin aşağı olduğu və yol-nəqliyyat hadisəsi və ya xəsarət qeydə alınmadığı hallarda, təqsirləndirilən şəxslər tez-tez belə razılaşmaya nail olurlar, xüsusilə də onlar alkoqol və narkotik asılılığının müalicə proqramında könüllü şəkildə iştirak etdikdə. Belə razılaşma şərti cəza, sərxoş halda sürücülüklə mübarizə kursu və cəriməni nəzərdə tutur".

Aydın

--> -->