Xəbər lenti

Cakarta it və pişik ətinin ticarətini qadağan etdi
Dünya 14:52 14.10.2025

Cakarta it və pişik ətinin ticarətini qadağan etdi

İndoneziyanın paytaxtı Cakartanın qubernatoru it və pişik ətinin satışını qadağan edən nizamnamə çıxaracağını vəd edib. 

Qaynarinfo İndoneziyanın "Antara" xəbər agentliyinə istinadən xəbər verir ki, Cakarta qubernatoru Pramono Anunq Vibovo qərarın "Dog Meat Free Indonesia" (DMFI) təşkilatı ilə görüş zamanı verildiyini izah edib.

O, ümidvar olduğunu bildirib ki, bu təşəbbüs Cakarta qanunverici orqanı tərəfindən dəstəklənəcək və İndoneziyanın digər regionları üçün nümunə olacaq. Müvafiq reqlamentin bir ay ərzində hazır olacağı gözlənilir. Sənəd paytaxt regionunda quduzluğun yayılmasının qarşısının alınması tədbirlərinin tərkib hissəsi olacaq.

"Dog Meat Free" təşkilatına görə, 2013-cü ildən bəri hər ay təxminən 9000 it ət üçün Cakartaya göndərilir. Daşınmaların əksəriyyəti Qərbi Yava və Balidən gəlir. Təşkilat 2017-ci ildə İndoneziyada pişik və it ətinin satışına və istehlakına qadağa qoyulması üçün geniş kampaniyaya başlayıb. Həmin vaxt fəallar Bali adasında da belə ətin satışının qadağan edilməsinə nail olublar. O vaxtdan bəri ölkənin bir çox şəhərləri təşəbbüsü dəstəkləyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->