"Barselona"nın Penyalar üzrə rəsmi "X” hesabı "PB Baku” rəsmi fan-klubu ilə bağlı xüsusi paylaşım edib.
Qaynarinfo xəbər verir ki, bu barədə FCB AZE səhifəsi
məlumat yayıb.
Paylaşımda qeyd olunur:
"Keçən şənbə Bakı bayram əhval-ruhiyyəsi və "Barça” ruhu ilə tamamilə "blauqrana” rənglərinə boyandı! "PB Baku" rəsmi fan-klub kimi 8 yaşını, Azərbaycandakı 15 illik "Barça” sevgisini qeyd etdi… Özü də məhz "Barça”nın ad günü şamlarını üfürdüyü gün!”
Qeyd edək ki, "Barselona” klubu 1899-cu il noyabrın 29-da Joan Gamper tərəfindən təsis edilib. Klub hər il bu tarixdə öz "ad günü"nü qeyd edir. Dünyanın ən tanınmış və ən çox azarkeşi olan futbol klublarından biri sayılan "Barelona” bu il də öz yubiley gününü dünyadakı fan-klubların tədbirləri ilə birlikdə qarşılayıb. Ölkənin ilk və tək rəsmi fan klubu "PB Baku"nun tədbirinin klubun yaranma tarixinə təsadüf etməsi isə azarkeşlər üçün xüsusi məna daşıyıb.
Alpər
Şərhlər