Xəbər lenti

Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır (RƏSMİ)
Ölkə 12:15 20.10.2025

Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır (RƏSMİ)

Bu il ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib.

Bu barədə Qaynarinfo-ya Baş Dövlət Yol Polisi İdarəsində məlumat verilib.

Bildirilib ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb:

"Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.

Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->