Xəbər lenti

Siyasət 16:18 27.12.2023

"Bakı və İrəvan vasitəçi olmadan da münasibətləri normallaşdıra bilər" - Ekspert

"Dmitri Peskovun Bakı və İrəvanın sülh sazişini yekunlaşdırmağa hazır olduğu barədə səsləndirdiyi bəyanat daha çox təbliğatı xarakter kəsb edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Ekspert vurğulayıb ki, belə açıqlamalarla Rusiya prosesdə özünün rolunu ön plana çəkmək istəyir:



"Moskva nə baş verməsindən asılı olmayaraq, yenə də prosesdə əsas vasitəçi olduğu nümayiş etdirməyə çalışır. İki ölkə siyasi liderinin bir-birilə danışmasını isə müsbət dəyərləndirirəm. Belə görünür ki, indiyə qədər bəzi məsələlərdə Azərbaycan-Ermənistan münasibətləri müsbət nəticələrə gətirib çıxardığı kimi, bundan sonra da hər hansı bir vasitəçi olmadan ikili münasibətlərin yoluna qoyulması məsələsində müəyyən addımlar atıla bilər. İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüşə Putinin qatılmaması o deməkdir ki, tərəflər kənar vasitəçi olmadan da münasibətləri normallaşdırmaq iqtidarındadırlar".

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Söhbət zamanı Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib. Eyni anda Rusiya Prezidentinin  mətbuat katibi Dmitri Peskov bildirib ki, Bakı və İrəvan sülh sazişini yekunlaşdırmağa hazırdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->