"Azpetrol" şirkəti ilə Təhlükəsizlik Xidməti Nəzarət İdarəsinin (TXNİ) keçmiş inspektoru Ruslan Nadirov arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə Ruslan Nadirovun işdən çıxarılması dayanır.
Bəzi iddialara görə, Ruslan Nadirov işdən çıxarıldıqdan sonra ona faktiki işlədiyi günlərə görə ödənməli olan əmək haqqını ala bilməyib. Keçmiş inspektor bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. O, əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb.
Birinci instansiya və apellyasiya məhkəmlərindən bir nəticə hasil olmadığına görə Ruslan Nadirov Ali Məhkəməyə üz tutub. İş hakim Əhliman Xıdırovun icraatındadır. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, Ruslan Nadirov Qarabağ veteranıdır. O, II Qarabağ savaşında iştirak edib.
O, ölkə başçısı İlham Əliyevin 25 dekabr 2020-ci il tarxiliu sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilb.
Seyid
Şərhlər