Xəbər lenti

Foto 12:56 29.12.2023

"Azerçay" növbəti dəfə mükafat qazandı (FOTO)

İllərdir ölkəmizi müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil edən "Azerçay” növbəti dəfə yüksək mükafat qazanıb.

Dünyanın 40-dan artıq ölkəsində "Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay "Caspian Energy Club” tərəfindən təltif edilib.

"Azerçay” markası adıçəkilən təşkilat tərəfindən "İlin Çay İstehsalçısı” olaraq "10-cu Beynəlxalq Caspian Business Award”a layiq görülüb.

Qeyd edək ki, geridə qoyduğumuz ildə də "Azerçay” Azərbaycan çayçılığının təbliği və mədəniyyətinin tanıdılması istiqamətində də mühüm işlər gördü. 

İlin əvvəli İsveçrədə yarışa Qar polosu üzrə milli komandamızı dəstəkləyən marka qalib olaraq ilk dəfə olaraq ,Avropa kubokunun ölkəmizə gətirilməsinə də dəstək vermiş oldu.

"Azerçay” yay aylarında Lənkəran və Gəncə şəhərlərində möhtəşəm festivallar reallaşdıraraq, bölgələrdə yaşayan sakinlər gözəl anlar yaşatdı. 

Hər zaman doğmalıq hissi bəxş edən "Azerçay” il ərzində qazilər və şəhid ailələrinə dəstək məqsədilə onlarla tədbirə dəstək verdi. 

 Bir müddət öncə isə "Azerçay” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində ölkəmizin çay mədəniyyətinin tanıdılmasına öz töhfəsini verib.

Bunlarla bərabər, "Azerçay” markası 2023-cü ildə onlarla sosial və kommersiya layihələri reallaşdıraraq həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda özündən söz etdirməyi bacardı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->