Xəbər lenti

Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
Ekonomiks 20:50 12.01.2026

Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın (dəmir armaturlar) 1 tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.
Qərar bu il iyunun 30-na qədər qüvvədədir.
--> -->