Xəbər lenti

Azərbaycanda sabiq nazirin 8 milyonluq əmlakı müsadirə edildi (SİYAHI)
Ekonomiks 18:45 17.01.2024

Azərbaycanda sabiq nazirin 8 milyonluq əmlakı müsadirə edildi (SİYAHI)

Xəbər verdiyimiz kimi, sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, hökmə əsasən Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edilib. 

-Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil; 

-Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi; 

-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil; 

-Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev; 

-Nərimanov rayonu, Məmməd Araz küçəsində ev; 

-Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

-Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Qeyd edək ki, S. Müslümova şərti cəza verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->