Xəbər lenti

Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə saxlanıldı
İdman 13:51 26.12.2025

Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə saxlanıldı

Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının oyunçusu İsmail Karakaş Türkiyədə saxlanılıb.

Qaynarinfo xəbər verir ki, 26 yaşlı futbolçu Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Karakaş da qanunsuz mərc oyunlarında iştirakda təqsirləndirilir. Onun öz komandasının oyunları zamanı rəqib klubun qələbələrinə pul qoyuluşu etməsi barədə şübhələr var.

Qeyd edək ki, İsmail Karakaş hazırda Türkiyənin dördüncü liqa klublarından olan "Erciyes 38"in üzvüdür. Əvvəllər Türkiyənin "1461 Trabzon", "Kahta 02", "Çankaya", "Edirnespor", "Kütahyaspor" və "Kırşehir Futbol SK" klublarında çıxış edib. Trabzonda doğulan 26 yaşlı stoper 2016-2017-i illərdə Azərbaycanın 17 və 19 yaşadək futbolçularından ibarət milli komandalarında çıxış edib.

Aydın
--> -->