Xəbər lenti

Siyasət 22:17 10.06.2024

"Azərbaycan və Türkiyə yeni dünya düzəni istiqamətində çalışır" - Politoloq

"Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri Rəcəb Tayyib Ərdoğanla regional ve qlobal məsələləri müzakirəsi kordinaaiya edilmiş ittifaqın növbəti mərhələsini ortaya qoyur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Hüseynov Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşünü şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, artıq Azərbaycan siyasi və iqtisadi imkanlarını, balanslaşdırma təcrübəsini Türkiyə ilə bölüşdürür:

”Türkiyə isə Azərbaycanla hərbi gücünü, logistik imkanlarını paylaşır. Azərbaycan və Türkiyə birgə yeni dünya düzəni, Avrasiya məkanında yerli nizam, neoimperializmin aradan qaldırılması istiqamətində çalışırlar”. 
 

Ekspert hesab edir ki, bu ünsiyyət yeni zolaq əmələ gətirə bilər:

”Aralıq Dənizindən Mərkəzi Asiyaya qədər yeni oyunçular ittifaqı anqlo-sakson köhnə nizamı və yeni transmilli kolonializm və imperializmə qarşı Azərbaycan və Türkiyə öndərliyi yeni bir gücdür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->